İyunun 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3% artaraq 0,0236 manat təşkil edib ki, bu da ötən ilin iyul ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Eləcə də bax: Azərbaycan əhalisi apreldə nağd rubl alışını - Artırıb
FED.az xəbər verir ki, rublun sonuncu dəfə bundan yüksək dəyəri ötən ilin iyulun 27-də qeydə alınmışdı – 0,0237 manat.
Qeyd edək ki, aprel ayından bəri rublun manata qarşı artan tendensiyası müşahidə olunur və sözügedən valyuta manata qarşı aprel ayından bəri 6% ətrafında dəyər qazanıb. (Apa)