Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi banklardan 672,784 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% azdır.
Eləcə də bax: Azərbaycan əhalisi nağd Rusiya rublunun alışını tədricən - Artırır
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə aprel ayında isə əhali 187,534 mln. rubl alıb ki, bu da mart ayı ilə müqayisədə 2,7% çoxdur.
Bundan əlavə, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 4,582 mlrd. rubl təşkil edib, bu da illik ifadədə 15,2% çoxdur. Təkcə apreldə əhali banklara 1,265 mlrd. rubl satıb ki, aylıq müsbət dinamika 2,5% təşkil edib. (Apa)