2025-ci ildən Rusiyada büdcə hesablamalarında rəqəmsal rubl tətbiq ediləcək.
Rusiya Mərkəzi Bankı dolları ucuzlaşdırdı – YENİ MƏZƏNNƏ
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda bildirib.
2025-ci il iyulun 1-dən Rusiya Federasiyasının federal büdcə sistemində rəqəmsal rubl vasitəsilə aparılan hesablamalardan istifadə ediləcək. Beynəlxalq hesablamalarda rublun istifadəsindən danışan Putin qeyd edib ki, Rusiya bu cür əməliyyatları biznes üçün daha rahat etməli və xərcləri azaltmalı olan infrastruktur yaratmağa davam edir. “O cümlədən, banklar müştərilərin məsafədən identifikasiyası üsullarını sazlaya bilsinlər deyə eksperimental hüquqi rejimin tətbiqi də planlaşdırılır. Təbii ki, çirkli pulların yuyulmasına qarşı qanunvericilik baxımından risk yaratmadan”, - deyə o bildirib. (Azərtac)