Martın 9-da VTB yuanla illik maksimum 8% dərəcəsi ilə depozit qəbuluna başlayıb, bu valyuta vəsait yatırmaq üçün ən əlverişli və perspektivli variantlardan biridir.
Eləcə də bax: Rusiyada banklardan dollar çıxarılmasına - MƏHDUDİYYƏT QOYULDU
FED.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidmətindən bildirilib.
"Martın 9-dan VTB müştərilərə illik maksimum 8% dərəcəsi ilə yuanla yeni əmanət təklif edir”, - məlumatda deyilir.
VTB qeyd edir ki, yeni təklif digər xarici valyutalarda depozitlərə ən sərfəli alternativ olacaq: “Bir çox müştərilər dollar və avronun məzənnələrinin yüksəlməsi fonunda digər valyutalara sərmayə qoymağa maraq göstərirlər və yuan vəsait yatırmaq üçün ən əlçatan və perspektivli variantlardan biridir”.
Bundan əvvəl VTB rubl və xarici valyutada əmanət alətləri üzrə faiz dərəcələrini qaldırmışdı. Yarımillik rubl əmanəti üzrə faiz dərəcəsi 21%-ə çatır və üç ay müddətinə yerləşdirildikdə dollarla qısamüddətli əmanət üzrə gəlirlilik illik 8%, avroda isə illik 7% təşkil edir. (Marja)