Rusiyada əhalinin banklardakı dollarla olan əmanətlərinin bankdan çıxarılmasına məhdudiyyət qoyulub.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarına görə, martın 9-dan qüvvəyə minən məhdudiyyətə əsasən, bankda dollarla əmanəti olanlar məbləğin yalnız 10 min dollarını çıxara bilər.
Əmanətin qalan hissəsi dollar ekvivalentində rubl ilə verilə bilər. Bu zaman rublun həmin günə olan məzənnəsi əsas götürüləcək. Başqa sözlə, Rusiyada bankda 20 min dollar əmanəti olan şəxs bu məbləğin yalnız 10 min dollarını xarici valyutadan çıxara biləcək. Qalan hissəni isə dolların həmin günə olan məzənnəsinə əsasən rubl ilə götürəcək.
Mərkəzi Bank bildirir ki, ölkədəki əmanətlərin 90 %-nin məbləği 10 min dollardan aşağıdır. Ona görə də əmanətçilərin 90 %-i özünün dollarla olan əmanətini bankdan maneəsiz çıxara biləcək və Mərkəzi Bankın tətbiq etdiyi bu limit onlara aid olmayacaq.