Azərbaycan Mərkəzi Bankının Martın 10-na olan rəsmi məzənnələrinə görə, 1 Rusiya rublu 0.0124 manata bərabərdir (1000 rubl = 12.4 manat).
Eləcə də bax: Rusiya rublu bahalaşdı - SON VƏZİYYƏT
FED.az xəbər verir ki, ötən gün Rubl 0.0131 manata bərabər idi (1000 rubl = 13,1 manat). Belələliklə, dünən ilə müqayisədə Rubl Manat qarşısında 5,3% də dəyərdən düşüb (1000 rubl 0,7 manat ucuzlaşıb).
2022-ci ilin yanvar ayının 12-sində 1 rubl 0.0229 manata bərabər idi (1000 rubl = 22.9 manat). Bu səviyyə ilə müqayisədə rubl manat qarşısında 45,8% dəyərdən düşüb (1000 rubl 10,5 manat ucuzlaşıb).
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başladıqdan sonra Rublun ucuzlaşması sürətlənib. (Marja)