Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdə olan “Standard&Poor’s” (S&P) reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, görüşdə S&P nümayəndələrinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində Palatanın gördüyü işlər və bu sahədə Palatanın üzərinə düşən vəzifələr barədə məlumat verilib.
Həmçinin, S&P nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud problemlər və s. barədə sualları cavablandırılıb.