Sentyabrın 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
“AGBank”ın balansındakı daşınar əmlaklar - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Söhbət Masallı şəhəri, 20 yanvar küçəsindəki 5 951,7 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
"Yunayted Kredit Bank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv edilib.