31 avqust 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AGBank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır.
FED.az xəbər verir ki, daşınar əmlaklar 37 (otuz yeddi) ədəd "Diebold" markalı (qeyri-işlək) bankomatdır. Daşınar əmlakların ilkin satış qiyməti 4,699 (dörd min altı yüz doxsan doqquz) manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac tarixinə ən azı 5 gün qalmış hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67 Elanın yerləşdirilmə tarixi: 04.08.2023