Bankların dollar əmanətlərinin azalmasının iki səbəb var. Əhalinin manata inamı artıb, ikinci Mərkəzi Bank tərəfindən 2022-ci ildə aparılan islahatlar nəticəsidir.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, islahatlar nəticəsində 2024-cü ildə unikal əmanətçi sayı 1,3 faiz artıb. Bizim tələblərimiz adekvatdır. Biznesin valyuta gəliri olmayanda biznes sahibinə və əhaliyə valyuta krediti verilməməsi tələbi irəli sürmüşük. Bütün riskləri nəzərə alırıq.
"İstiqrazlar əsasən subordinasiya istiqrazları olur. Faizlər yüksəkdir, son üç ildə federal ehtiyat sistemi faizləri də artıb" - deyə sədr qeyd edib