Azərbaycanda uğurlu fəaliyyəti ilə seçilən beynəlxalq audit şəbəkəsi olan REANDA AZƏRBAYCAN şirkəti ilə (REANDA INTERNATIONAL NETWORK LIMITED-nın tam üzvü) “Barattson” təhsil mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
FED.AZ xəbər verir ki, memorandumun əsas məqsədi “Barattson” təhsil mərkəzinin müvafiq sahələr üzrə kurslarını uğurla başa vuran məzunlar REANDA AZƏRBAYCAN şirkətində təcrübə imkanı qazanacaqlar. Təcrübə müddəti ərzində bilik və bacarıqları ilə seçilən təcrübəçilər şirkətdə daimi işlə təmin oluna bilər.
Bununla bağlı Bakıda keçirilən tədbirdə “Barattson” MMC-nin İdarə Heyətinin sədri Elşən Rəhimov mərkəzin fəaliyyəti ilə bağlı geniş çıxış edib.
Daha sonra çıxış üçün söz REANDA AZƏRBAYCAN İdarəedici partnyoru Rahim Manafova verilib və o maraqlı çıxışı ilə yadda qalıb. Təhsil mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən R.Manafov ölkədə mühasib işi üzrə işçi qıtlığının olmasını bildirib. Mən bunu əminliklə deyirəm, Azərbaycanda 100 min bəlkədə 200 min mühasib yetərsizliyi var. Bu kursları uğurla başa vurmaqla sizlər bu yerləri dolduracaqsınız. Buna çox böyük bir ehtiyac var əmin ola bilərsiniz. Təbii ki, söhbət peşəkar və performanslı mühasibdən gedir. Bizim şirkət hər il vakansiya üzrə müraciət edən namizədlərlə görüşlərdə 70% müraciət edənləri təsdir vermir. Çünki yetərli bir performanslı bir namzidələri tapmaqda çətinlik çəkirik bunu bir çox xarici beynəlxalq şəbəkə üzvləri ilə də söhbət zamanı onlar da qeyd edirlər. Bu səbəbdən mən Elşən müəllimə təşəkkür edirəm ki, həqiqətən biz bu memorandumu imzalamaqla gələcəyə yönəlik uğurlu və faydalı bir iş ortaya qoyacağıq.
R.Manafov bildirib ki, boşluqlar, kadr çatışmazlığı yalnız mühasib uçotu sahəsində deyil, insan resurslarının idarə edilməsi sahəsində mövcuddur: “Biz daimi olaraq banklarla, BOKT-larla, sığorta şirkətləri və Azərbaycanda qabaqcıl şirkətlərə audit xidməti göstərdiyimiz zaman biz o boşluqları doldurmaq üçün təbiiki, konsultasiya etməliyik. Bu konsultasiya zamanı bizim qarşımıza çıxan məsələlərdən biri də məhz konsultasiya edən şəxslərin yetərli performanslarının olmamasıdır və yaxud bu sahədə sertifikatlarının olmamasıdır. Bu gün də bu sertifikatları sizə qazandıran Barratson şirkətinə biz də təşəkkür edirik.
R.Manafov Azərbaycanda bakalavr, magistr və ya MBA diplomlarının yetərli olmadığını, bu sahədə əsas işlərdə yükün “Barratson” və digər təlim mərkəzlərinin üzərinə düşdüyünü qeyd edib. “Təbii ki, universitetlər öz üzərinə düşən funksiyalarını yerinə yetirirlər. Amma bu yetərli deyil. Biz də çox xoşbəxtik ki, Azərbaycanda qabaqcıl “Barratson” kimi təhsil və pre-training mərkəzi ilə əməkdaşlıq edirik.
Qeyd edək ki, “REANDA AZƏRBAYCAN” MMC Azərbaycanın audit bazarında yeni beynalxalq brend olaraq fəaliyyət göstərir və bank, maliyyə institutları, xidmət, inşaat, transport sahəsində müştəriləri portfelinə sahibdir.
“REANDA INTERNATIONAL NETWORK LIMITED” brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.