2025-ci ildə dövlət büdcəsindən Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarının (maliyyə kredit təşkilatlarının) səhm kapitalında iştirakla bağlı öhdəlikləri üçün 5,9 milyon manat vəsait xərclənib.
Mikayıl Cabbarov: Azərbaycanın portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ-ın səhm bazarında cəmlənib
FED.az xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Qanun layihəsinə əsasən, il ərzində Asiya İnkişaf Bankına 2,3 milyon manat, İslam İnkişaf Bankına 1,6 milyon manat, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) 2 milyon manat, Beynəlxalq Valyuta Fondunun Azərbaycan Mərkəzi Bankındakı hesablarına isə cəmi 69,1 min manat ödənilib.














