Bildiyimiz kimi, kartla həyata keçirilən ödənişlər üzrə tətbiq olunan komissiya tariflərinin yuxarı həddi müəyyənləşdirilib. Yeni tariflərə əsasən, ərzaq mağazaları və apteklər üçün bu hədd 1,25 faiz, yanacaqdoldurma məntəqələri üçün 0,75 faiz, digər ticarət obyektləri üçün isə 1,5 faiz təşkil edir.
AMB rəsmisi: "Ani ödəniş sistemləri ilə əməliyyatların sayı 5 dəfə artıb"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş proqram təminatı mühəndisi, ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə qərarın əsas məqsədi ticarət və xidmət obyektlərinin kart ödənişlərini qəbul etmə xərclərini azaltmaq, sahibkarlıq subyektlərinə tətbiq olunan xidmət haqlarını aşağı salmaq və nağdsız ödənişlərin istifadəsini təşviq etməkdir.
Tofiq Acırqayev bildirib ki, tariflər müəyyən edilərkən həm kartı buraxan bankların, həm ödəniş infrastrukturunu təmin edən bankların, həm də biznes subyektlərinin maraqları balanslaşdırılıb.














