Son 25 ildə ABŞ dollarının dəyəri azalarkən daşınmaz əmlakda qiymətlər. 2000-2025-ci illəri əhatə edən təhlil göstərir ki, ABŞ dollarının alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azaldığı halda, daşınmaz əmlakın dəyəri davamlı şəkildə artıb.
FED.AZ xəbər verir ki, bu barədə "SEA Breeze"də təşkil olunan tədbirdə Emin Qəribli "Daşınmaz Əmlak: Qlobal Trendlər Sea Breeze nümuməsi" adlı təqdimatı zamanı bildirib.
E.Qəribli bildirib ki, 2000-ci ildə baza göstərici kimi qəbul edilən ABŞ dollarının real dəyəri 2025-ci ildə 53 faizə qədər geriləyib. Bu, son 25 ildə inflyasiyanın dolların alıcılıq qabiliyyətini təxminən iki dəfə azaltdığını göstərir.
Müqayisə üçün, eyni dövrdə daşınmaz əmlakın dəyəri 100 faizdən 260 faizə yüksəlib. Beləliklə, daşınmaz əmlak bazarında qiymətlərdə son 25 ildə 2,6 dəfə artım qeydə alınıb. Məlumatlardan görünür ki, 2000–2025-ci illər ərzində dolların real dəyəri 47 faiz azalarkən, daşınmaz əmlakın dəyəri 160 faiz artıb.
E.Qəribli hesab edir ki, uzunmüddətli dövrdə daşınmaz əmlak inflyasiyanın təsirlərinə qarşı qoruyucu aktivlərdən biri kimi çıxış edir. Bu səbəbdən bir çox investorlar vəsaitlərini yalnız nağd pulda saxlamaq əvəzinə, daşınmaz əmlaka yönəltməyi üstün tutur. Aparılan təhlillər göstərir ki, son 25 ildə daşınmaz əmlak həm kapitalın qorunması, həm də dəyər artımı baxımından ABŞ dolları ilə müqayisədə daha yüksək nəticə nümayiş etdirib.






![[red]Emin Qəribli:[/red] son 25 ildə dollar dəyərini itirib daşınmaz əmlak bahalaşıb – [red]SEA BREEZE TƏHLİLİ[/red] | FED.az](upload/news/small/720637.png)








