Azərbaycanda daşınmaz əmlak bazarında son illərdə qiymət artımı davamlı xarakter alıb. Makroiqtisadi sabitlik, urbanizasiya və infrastruktur layihələrinin genişlənməsi bazarda qiymətlərin yüksəlməsinə təkan verən əsas amillər kimi göstərilir.
FED. AZ xəbər verir ki, "SEA Breeze"də təşkil olunan tədbirdə Emin Qəribli "Daşınmaz Əmlak: Qlobal Trendlər Sea Breeze nümuməsi" adlı təqdimatı zamanı bildirib.
Onun sözərinə görə, aparılan təhlillər göstərib ki, 2021-ci ildə daşınmaz əmlak qiymətləri 5 faiz artdığı halda, növbəti illərdə artım tempi daha da yüksəlib. Belə ki, 2022-ci ildə qiymət artımı 8 faiz, 2023-cü ildə 8,7 faiz, 2024-cü ildə isə 9,9 faiz təşkil edib.
2025-ci il üzrə proqnozlar qiymət artımının daha da sürətlənəcəyini göstərdi. Gözləntilərə əsasən, ötən ildə daşınmaz əmlak bazarında qiymətlər 12,2 faiz yüksəlib.






![[red]SEA BREEZE TƏHLİLİ[/red]: Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı sürətlənir - [red]RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/4036711.png)








