Bu gün Azərbaycanda AZQR-dan ucuz ikinci bir ödəniş xidməti yoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"i çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Ona görə, biz düşünürük ki, AZQR artıq struktur olaraq bütün yayımlanma tam bitəndən sonra təsərrüfat subyektlərində kart ödənişi ilə nisbətdə, xüsusilə də token ödənişləri ilə nisbətdə ciddi fərq olmasını gözləyirik", - deyə o, əlavə edib.
Vüsal Xəlilov qeyd edib ki, hazırda AZQR ödənişlərinin xərclərinin nə qədər azalacağını demək çox çətindir, çünki bu, bazar tənzimlənməsi çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, AZQR ödənişləri nəticəsində təsərrüfat subyektlərinin xərcinin daha da aşağı enməsi gözlənilir.
Artıq vətəndaşlar AZQR standartı ilə bağlı təsərrüfat subyektlərində QR kod vasitəsilə ödəniş edə bilirlər:
"Bu, önəmlidir, çünki QR ödənişləri tam şəkildə ölkə daxilində emal olunur və hazırda bazardakı ən ucuz ödəniş növüdür. Ən uzun ödəniş növü olmasının bir sıra üstünlüyü var. İlk olaraq, təsərrüfat subyektlərinin xərcinin daha aşağı salmasını gözləyirik. İkinci tərəfdən rəqabətlilik prizmasından bazarda olan xərc prosesinə müsbət təsir edəcək".













