“Star Park” ASC-nin rəhbərliyi dəyişəcək
İyulun 24-də “Star Park” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti 30/68 nömrəli ünvanda keçiriləcək iclasda ilin yekunları və şirkətin yeni rəhbərliyinin seçilməsi müzakirə ediləcək.
Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin 2025-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Müşahidə şurası sədrinin və üzvlərinin seçilməsi.
3. Digər məsələlər.














