ABŞ Dövlət Departamenti Amerika vizalarının sürətləndirilmiş qaydada rəsmiləşdirilməsi üçün müraciət edənlərdən 750 dollar məbləğində əlavə ödəniş almağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, ABŞ xarici siyasət idarəsinin yeni pilot proqramı barədə rəsmi açıqlama gələn həftə veriləcək. Proqramın iyulun 1-dən dekabrın 31-dək qüvvədə olacağı nəzərdə tutulur.
Proqram çərçivəsində əlavə ödəniş edən şəxslər ABŞ-ın bəzi diplomatik nümayəndəliklərində viza müsahibəsinə 10 gün ərzində dəvət oluna biləcəklər.
Dövlət Departamentinin məlumatına əsasən, hazırda viza müsahibəsi üçün gözləmə müddəti diplomatik nümayəndəlikdən asılı olaraq bir neçə gündən təxminən bir ilədək dəyişə bilir.














