Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb.
Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882 min 906 olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb və 60 min 847 təşkil edib.
Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin — obyektlərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 241 min 842-yə çatıb.
Naxçıvan Muxtar Respublikasında da aktiv vergi ödəyicilərinin sayında müsbət dinamika müşahidə olunub. 2026-cı il iyunun 1-nə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 23 min 302 təşkil edib.
Muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 4,7 faiz artaraq 651 olub. Aktiv obyektlərin — təsərrüfat subyektlərinin sayı isə 21,6 faiz artaraq 7 min 403-ə yüksəlib.
Göstəricilər ölkədə vergi uçotunda aktivliyin, rəsmiləşmənin və sahibkarlıq subyektlərinin fəaliyyət dinamikasının artdığını göstərir.













