AIMC (Azerbaijan International Mining Company)
Əməkhaqqı üzrə Mütəxəssis (Payroll Specialist)
Son tarix 09 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin əməkhaqlarının və əməkhaqqına aid əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmasını həyata keçirmək;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqələri üzrə ödənişlərin, sosial müavinətlərin, ezamiyyə dövrü üzrə əməkhaqlarının və digər əməkhaqqı komponentlərinin hesablanmasını həyata keçirmək;
- Çoxnövbəli iş qrafikləri və cəmlənmiş iş vaxtı uçotu tətbiq olunan iş rejimlərində çalışan əməkdaşların əməkhaqqılarının düzgün hesablanmasını təmin etmək;
- Ezamiyyə ödənişlərini həyata keçirmək, ezamiyyə avanslarını idarə etmək, müvafiq hesabatları hazırlamaq və sənədləşməni təmin etmək;
- Son haqq-hesab ödənişlərini hesablamaq və həyata keçirmək;
- Əməkhaqqından qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət tutulmalarını həyata keçirmək;
- Əməkhaqqından aliment, kredit, borc və digər məhkəmə qərarları əsasında tutulmalı məbləğləri hesablamaq, tutmaq və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
- Vahid Bəyannaməni, habelə digər tələb olunan vergi və statistika hesabatlarını hazırlamaq və təqdim etmək;
- İşçilərin müraciətləri əsasında onları əməkhaqqı hesablamaları ilə tanış etmək, zərurət yarandıqda əməkhaqqının hesablanmasına dair izahat və ya arayış təqdim etmək;
- Əməkhaqqı ilə bağlı mürəkkəb məsələlərin araşdırılmasında, uyğunsuzluqların aradan qaldırılması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi ilə bağlı təkliflər vermək;
- Əməkhaqqı hesablamaları, vergi tələbləri və əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və uyğunluğun təmin edilməsində iştirak etmək.
- Tələb olunan əmək haqqı hesabatlarının hazırlanmasını təmin etmək.
Tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Əməkhaqqı hesablanması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və vergi tələbləri üzrə güclü biliklər;
- Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;
- ERP sistemləri, xüsusilə 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;
- Güclü riyazi və analitik düşüncə bacarığı;
- Yüksək kommunikasiya və komanda ilə işləmə bacarıqları;
- Zərurət yarandıqda ezamiyyələrə açıq olmaq.
- İngilis dili biliyi arzuolunandır;
İş şəraiti və şərtləri:
- İş yeri: Bakı şəhəri, Azərbaycan
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Ezamiyyələr zamanı yaşayış yerinin təmin edilməsi.
Biz nə təklif edirik?
- Yemək xərclərinin qarşılanması;
- Aylıq telefon istifadəsi üçün təminat;
- Tibbi sığorta;
- Rəqabətqabiliyyətli əməkhaqqı
Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.















