5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirlər çərçivəsində ətraf mühitin qorunması, təkrar emal mədəniyyətinin təşviqi və sosial məsuliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra layihələr ictimaiyyətə təqdim olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Card to Art” və “KAĞIZ GƏTİR–KİTAB APAR” sosial-ekoloji layihələri tullantıların idarə olunmasına innovativ yanaşmanı, eyni zamanda cəmiyyətin müxtəlif qruplarının faydalı təşəbbüslərə cəlb edilməsini hədəfləyir.
Layihələr vasitəsilə təkrar emalın əhəmiyyəti barədə maarifləndirmə aparılır, gənc nəslin ekoloji məsuliyyət hissinin formalaşdırılması təşviq edilir və inklüzivliyin dəstəklənməsinə töhfə verilir. Bu təşəbbüslər bir tərəfdən tullantıların ətraf mühitə təsirinin azaldılmasına xidmət edir, digər tərəfdən isə sosial fayda yaradan yaradıcı fəaliyyətlər üçün yeni imkanlar formalaşdırır.
Layihənin tərəfdaşlarından biri olan Bravo Supermarket ekoloji məsuliyyətin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönələn təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət hesab edir ki, təkrar emal mədəniyyətinin formalaşdırılması, resurslardan səmərəli istifadə vərdişlərinin aşılanması və gənc nəsildə ətraf mühitə həssas yanaşmanın təşviqi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Bravo “Card to Art” və “KAĞIZ GƏTİR–KİTAB APAR” sosial-ekoloji layihələrinin həyata keçirilməsinə dəstək göstərərək həm ekoloji maarifləndirməyə, həm də sosial fayda yaradan təşəbbüslərin genişlənməsinə töhfə verir. Şirkət gələcəkdə də ətraf mühitin qorunması, inklüzivliyin təşviqi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrdə fəal iştirakını davam etdirməyi hədəfləyir.






![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2089927.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1984375.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3621036.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4535788.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1091663.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4014897.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1225523.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/54582.jpeg)
![Bravo sosial-ekoloji təşəbbüslərə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/363833.jpeg)








