Mərkəzi Bankın proqnozlarına görə qızılın qiymətində artım tendensiyası davam edəcək.
Assosiasiya: Azərbaycanda qızıl məmulatları kəskin bahalaşıb
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, son illər qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklər artıb və bu, qiymətli metallar bazarına da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, bu amillər nəticəsində qızılın qiymətində artım tendensiyası müşahidə olunur və Mərkəzi Bankın proqnozlarına əsasən bu artım davam edəcək.
“Mərkəzi Bankın baxışı ondan ibarətdir ki, qızılın qiymət artımı gələcək dövrdə də davam edəcək,” – deyə Taleh Kazımov tədbirdə qeyd edib.