Oktyabrın 12-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Gəncə Bank", “Texnika Bank” və “Amrah Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
Eləcə də bax: “Dəmirbank”ın daşınmaz əmlakları - HƏRRACA ÇIXARILACAQ
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə:
1) 12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kv.m) 18-48-49 nömrəli mənzildir, ilkin satış qiyməti 180 000 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
2) 12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, 49 ünvanında yerləşən (ü/s 150,4 kv.m) qeyri-yaşayış sahəsidir, ilkin satış qiyməti 800 000 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
3) 12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 12 ünvanında yerləşən (ü/s 35,4 kv.m) qeyri-yaşayış sahəsidir, ilkin satış qiyməti 280 000 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
4) 12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80/12 ünvanında yerləşən (ü/s 31 kv.m) qeyri-yaşayış sahəsidir, ilkin satış qiyməti 245 000 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
5) 12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80/12 ünvanında yerləşən (ü/s 22,2 kv.m) qeyri-yaşayış sahəsidir, ilkin satış qiyməti 175 500 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)
Tel: 055-206-66-67