Oktyabrın 5-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Eləcə də bax: Azərbaycanda bankın balansındakı daşınmaz əmlak - İCARƏYƏ VERİLİR
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak, Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında 0,25 hektar torpaq sahəsində yerləşən (ü/s 2389.8 kvadratmetr) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 300 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).