Azərbaycanda yüksək inflyasiyanın real gəlirləri azaltması ilə bu ölkənin ümumi daxili məhsulundakı (ÜDM) artım ötənilki 5,6%-ə qarşı 3,6%-ə düşəcək.
Eləcə də bax: İnflyasiyanın aşağı salınması üçün dövriyyədə olan nağd pul - AZALDILACAQ
FED.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib.
"Təbii qaz hasilatının artması neft hasilatının tədricən azalmasını qismən kompensasiya etdiyindən, 2023-cü ildə isə ölkənin iqtisadi artımı 2% olacaq. "Fitch" qeyri-neft özəl sektorunun investisiya qoyuluşlarını, iqtisadiyyatın şaxələndirilməsini və ümumi ÜDM-in artım tendensiyasını məhdudlaşdıran böyük və səmərəsiz dövlət sektorunda struktur islahatları üçün zəif perspektivləri görməkdə davam edir", - deyə qurumun açıqlamasında qeyd olunub. (Report)