Əsas məqsədimiz siyasət faizimiz depozit və kreditlərə, ortamüddətli faizlərə təsir edərək bununla da tələbə təsir edərək, və nəticə etibarı ilə də inflyasiya təsir edək.
Mərkəzi Bankın sədrindən lombard sektoru barədə - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Sədr çıxışında qeyd edib ki,
"Sentyabrın 1-dən 2022-ci ildən yeni pul siyasəti çərçivəsini tətbiq etmişik və çox qısa bir zamanda, artıq biz bu ildən müşahidə edirik ki, bu siyasətin hüquqi şəxslərin qalıqlarına təsiri var. Sözsüz ki, məqsədimiz odur ki, həm fiziki şəxslərin onun nəticəsi ilə də kreditlərə də təsiri olsun.
Burda 2 məqama toxunmaq istərdim gözləntilərimizi düzgün idarə edək, buna nail olmaq üçün xarici ekspertlər və digər banklar ilə danışanda, bu gün biz nail olduğumuz nəticəyə kifayət qədər qısa müddətdə çatmışıq amma bəziləri deyirdilərki mümkün deyil, amma biz buna nail olduq. Amma həm depozitlərə, həm də kreditlərə təsirinə qısa müddətdə nail olmaq çox çətindir bunun üçün vaxt lazımdır bu bir. Həmçinin də bizim üçün də bunu qiymətlərndirmək üçün vaxt lazımdırki müşahidələr olsunki, biz korrelyasiyanı görək Mərkəzi Bankın uçot dərəcəsi ilə digər faizlərin korrelyasiyasını izləyə bilək.
İkinci məqam buda çox vacibdir.Biz kredit və depozit faizləri ilə biz istəyirik ki, nəticə etibari ilə tələbə təsir edək ki, faizlər yuxarı qalxanda tələb azalır, inflyasiya azalır.
Siz baxanız ÜDM-a bizim kredit portfelimizin nisbəti cəmi 30%-dir. Yəni, kredit portfeli iqtisadiyyatın penetrasiyasında yüksək deyil. Yəni gözləntilər də düz olsun ki, sabah misal üçün bu 100% olanda çox sadə deyirəm sözsüzkü rəqəmlərə istinadı 1% bəndi dəyişməklə inflyasiyaya 1 faiz bəndi təsir edə bilərik. Kredit portfelinin ÜDM nisbəti artıq olanda, yəni iqtisadiyyat daha çox kredit portfeli ilə maliyyələşir 30% olanda isə inflyasiya bəndini 1 faiz azaltmaq üçün biz 1% yox bəlkə 3% qaldırmalıyıq ki, təsir etsin. Ona görədə bunu qabaqcadan deyirəm ki, gözləntilərimiz eyni olsun. Biz sabah deyəndəki transmissiya işləyir biz rahat oturaq faizi qaldırdılar hər şey düzələcək. Buna birincisi vaxt lazımdır, ikincisi bizim əsas digər məqsədimiz maliyyə tərəfdədir ki, maliyyə xidmətlərinin inkluzivliyini penetrasiyanı iqtisadiyyatda artıraq. Həm kredit portfeli həm depozit portfelində faiz dərəcələrinin transmissiyası uğurlu olsun".