"Lombardlar haqqında" qanun layihəsi üzərində müzakirələr davam edir.
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"AMB hazırdır ya hazır deyil lombardlar haqqında qanuna cavab olaraq deyə bilərəm ki, qanun nə deyəcəksə lombard ilə bağlı biz onu etməyə hazırıq ona görə də lombard üzərində hazırda müzakirələr gedir. Demək olar ki, ilin sonuna kimi düşünürəm ki formalaşacaq həm mövqe, həm də qanun.", – Kazımov əlavə edib.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra lombard bazarı da nəzarətə götürüləcək və tənzimlənəcək.