Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunun imkanlarının genişləndirilməsi üçün xüsusi şərtlər üzərində işləyir.
Fərid Osmanov: "Mobil bank ödənişlərində kəskin artım var"
FED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammiti çərçivəsində “Fintech” sessiyasında bildirib.
F.Osmanovun sözlərinə görə, bu şərtlər təkcə bank sektoru deyil, ümumilikdə maliyyə sektorunun fəaliyyərinə müsbət təsir edəcək:
“Mərkəzi Bank təkcə bankların tənzimləyicisi olmadığından bu şərtlər də təkcə banklar üçün deyil, həm də sığorta və kapital bazarlarını əhatə edəcək. Biz çalışırıq ki, sığorta və digər sektorların da genişlənməsi üçün addımlar ataq".
AMB-nin baş direktoru bidirib ki, Mərkəzi Bank gələn ildən açıq bankçıllğın daha da genişlənməsi üçün çalışacaq.: "Nəyinki açıq bankçılıqda, həmçinin rəqəmsal bankçılıqda da Mərkəzi Bankın vizyonu ondan ibarətdor ki, kifayət qədər açıq və şəffaf sistem qurulsun. Şəffaflıq bazar ehtiyaclarını nəzərə almağa imkan yaradır.
Burada təkcə yerli bazar ehtiyatları nəzərdə tutulmur. Həmçinin beynəlxalq təcrübəni də nəzərdə tuturuq. Biz, 2021-ci ildən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyas ilə bərabər açıq bankçılıq üçün yol xəritəsinin yaradılması işinə başladıq".
F.Osmanov hesab edir ki, ənənəvi bankçılıq dəyişməlidir, açıq bankçılığa keçid olmalıdır: "Eyni zamanda “fintech” bazarı genişlənməlidir. Qlobal iqtisadiyyatda açıq bankçılıqda müxtəlif sahələrə istiqamətlənmələr mövcuddur. Tənzimləyicilər müxtəlif yanaşmalardan istifadə edirlər. AMB tənzimləyici olaraq istəyir ki, kommersiya bankların fintexlərə əlçatanlığı daha da genişləndirilsin. 2021-ci ildən açıq bankçılıq üzrə işçi qrupunu yaratdıq. Həmçinin banklar və fintexlərdən ekspertlər dəvət etdik və qaydaları müəyyənləşdirməyə çalışdıq. Bu həm banklardan, həm də fintexlərdən asılıdır. Onlar elə məhsullar təqdim etməlidirlər ki, daha çox müştəri cəlb edə bilsinlər”. (Report)