Son illərdə nağdsız əməliyyatların həcmində 2 dəfə artım müşahidə edilib.
Azərbaycanda mobil bankçılıq üzrə əməliyyatların həcmi 2 dəfə artıb
FED.az xəbər verir ki, bu barədə VİSA ilə Mərkəzi Bankın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMB-nin baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, bu ilin 10 ayı ərzində nağdsız əməliyyatların həcmi keçən ilə nisbətən 2 dəfəyədək artıb. Eyni zamanda mobil bank həllərindən istifadənin həcmində də 2 dəfəyə qədər artım müşahidə olunub. Ümumi ödənişlərdə nağdsız ödənişlərin payı isə 55% təşkil edir. Bu rəqəmdə insanların nağdsız ödənişlərə maraq göstərdiyini bir daha sübut edir