"S&P Global Ratings" reytinq agentliyi Dollar/Manat məzənnəsinin 2024-cü ilin sonunadək dəyişməyəcəyini nəzərdə tutur.
Eləcə də bax: Azərbaycanın reytinq proqnozu "mənfi"dən - "Stabil"ə Yüksəldi
FED.az xəbər verir ki, agentliyin Dollar/Azərbaycan Manatı üzrə proqnozu 2021-2024-cü illər üzrə 1.70 manatdır.
Agentlik 2020-ci ilin Oktyabr ayında Azərbaycanın reytinqini Dağlıq Qarabağla bağlı hərbi münaqişədən yaranan risklər ilə əlaqədar olaraq nəzərdən keçirərkən də Dolların qiymətini 1.70 manat səviyyəsində proqnozlaşdırmışdı. (Marja)