Maliyyə bazarlarını inkişafı üçün Azərbaycan höküməti daha bir addım atdı. Belə ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən baxan hökumət, hazırda müddətsiz vergidən azadetmə ilə bağlı qərarını açıqladı.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək.
Fins.az©