Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniya sanksiyalar tətbiq edilən Rusiya banklarının SWIFT-dən çıxarılması barədə razılığa gəliblər.
FED.az xəbər verir ki, bunu Almaniya hökuməti məlumat yayıb. Hələlik bu qərtar yalnız sanksiya tətbiq edilən banklara aiddir. Amma bildirilib ki, lazım gələrsə, qərar Rusiyanın digər banklarına da şamil ediləcək:
Rusiya SWIFT-dən çıxarılarsa - NƏ EDƏCƏYİNİ AÇIQLADI
“Bundan əlavə, ölkələr Rusiya Mərkəzi Bankının beynəlxalq maliyyə əməliyyatları ilə rublun məzənnəsini dəstəkləmək imkanlarını daha da məhdudlaşdırmaq qərarına gəliblər.
Təsdiqlənmiş sanksiyalar Rusiyada və digər yerlərdə Ukraynaya qarşı müharibəyə dəstək verən şəxsləri və qurumları da hədəf alır.
Xüsusən də rus oliqarxlar və onların ailə üzvləri üçün Avropa vətəndaşlığı almaq imkanlarına son qoyulacaq.
Sanksiyaların sürətlə həyata keçirilməsini təmin etmək, sanksiyaya məruz qalan şəxslərin, onların ailələrinin və şirkətlərinin aktivlərinin dondurulması üçün ABŞ və Avropa İttifaqının nümayəndələrindən ibarət işçi qrup da yaradılacaq.
Ölkələr həmçinin vurğulayıblar ki, əgər Rusiya Ukraynaya və bununla da Avropa sülh nizamına hücumunu dayandırmasa, əlavə tədbirlər görməyə hazırdırlar”.