Rusiyanın beynəlxalq ödəmə sistemindən SWIFT-dən çıxarılması yaxıngünlərdə həll ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə «Reuters»-ə avrozonadakı mərkəzi bank rəhbərlərindən biri bildirib. «SWIFT (yəni Rusiyanın bu sistemdən ayrılması) — yalnız vaxt məsələsidir, tezliklə həll olunacaq»-deyə bank rəhbəri bidirib.
Rusiya tərəfi isə artıq sistemdən çıxarılacağı təqdimdə atacağı addımları açıqlayıb.
«SWIFT-dən çıxarılacağı təqdirdə Rusiya çinli tərəfdaşlarla sıx əməkdaşlıq edəcək və yerli analoqdan istifadə edəcək». Bu barədə Rusiya Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoli Aksakov bildirib.
«Biz ölkə daxilində hesablaşmalar aparmaq üçün SWIFT-in analoqunu yaratdıq və bu sistemə xarici tərəfdaşları da qoşmuşuq. Əslində bu sistemdə iştirakçıların sayı SWIFT-dən artıqdır. Amma SWIFT qlobal sistem olduğuna görə, başqa sistemlərlə razılaşmaq lazımdır. İlk növbədə SWIFT-in analoquna malik olan Çinlə, bundan başqa, digər iri tərəfdəşlarla razılaşmaq lazımdır. Mən deyərdim ki, SWIFT-dən ayrılma ölümcül qərar deyil. Əlbəttə xoşagəlməzdir, amma ölümcül deyil. İran artıq 10 illərdir ki, SWIFT-sizdir, amma yaşayır, ölməyib», - deyə Aksakov bildirib.
Deputat əlavə edib ki, Rusiya sistemin söndürüləcəyinə əvvəlcədən hazır idi.