Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq qara bazarda aktivliyə səbəb olub. Dünən günortadan sonra qara bazarda dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.
Fins.az-ın verdiyi xəbərə görə, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi isə elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, qara bazarda 5 minə qədər dollar almaq mümkündür.