Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və banklar arasında görüş keçirilib.
FED.az xəbər verir ki, ABA-nın təşkilatçılığı ilə baş tutan görüşdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış “Bakı yanaşması”nın təqdimatı olub.
“Bakı yanaşması” əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, Palata və prosesdə iştirak etmək niyyətində olan banklar arasında Kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır. Konsepsiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada banklar balansında olan qeyri-işlək aktivlərin həlli ilə bağlı fərdi deyil kollektiv maraqlar üzrə əməkdaşlıq edir. Borcların restrukturizasiyası ilə bağlı qərarlar yekdilliklə qəbul edilir. Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı “Bakı yanaşması” banklar tərəfindən maraqla qarşılanmış və bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması və bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınıb.
Problemli kreditlərin restrukturizasiyası ilə bağlı saziş imzalanacaq
12:07
11 Dek 2017