Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 avqust 2018-ci il tarixinə 1 milyard 782,1 min manat təşkil edib. Bu göstəricinin ümumi kredit portfelində payı 14,6%-dir.
FED.az Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, problemli kreditlərin 845 milyon 500 min manatı və ya 47,4% milli valyutanın payna düşür. Xarici valyutaynan problemli kreditlərin həcmi 936 milyon 600 min və ya 52,6%-dir.
İlin əvvəlinə nisbətən problemli kreditlərin manatla həcmi 56,2 milyon manat və ya 7,1% çoxdur. Xarici valyutada olan problemli kreditlərin həcmi isə ilin əvvəlindən indiyədək 99,1 milyon və ya 11,8% artıb.
Son bir ayda isə problemli kreditlərin həcmində manatla 8,7 milyon manat yəni 1,04% artım baş verib. Xarici valyutada isə artım 3,04% və ya 27,6 milyon təşkil edib.
Müşahidələr göstərir ki, son bir ildə manatda olan problemli kreditlər azalmağa doğru getsə də, dollarla olan kreditlərin həcmi artmaqdadır.
Problemli kreditlərin milli valyutada xüsusi çəkisi
Problemli kreditlərin xarici valyutada xüsusi çəkisi