Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği bu il Martın 31-nə 1 milyard 710,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, Fevralın sonu ilə müqayisədə 9,3 milyon manat çoxdur. Fevalın sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 700.9 milyon manat təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə isə ödəmə vaxtı keçmiş kreditlər 83,5 milyon manat artıb.
Martın sonunda 11 milyard 663.5 milyon manatlıq kredit qoyuluşlarının 14,7%-nin ödəmə vaxtı keçib.