"PAŞA Kapital İnvestisiya Şirkəti" ASC 2017-ci ili 313 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 20,8% çoxdur.
Ötən il "PAŞA Kapital"ın əsas gəlirləri 545 min manat, əsas xərcləri 98 min manat, digər zərəri 54 min manat, mənfəət vergisi ödəmələri isə 80 min manat təşkil edib.
Bu il yanvarın 1-nə investisiya şirkətinin aktivləri 1,193 milyon manat olub ki, bu da illik müqayisədə 46,4% çoxdur. 2017-ci ildə "PAŞA Kapital"ın öhdəlikləri 60,6% artaraq 172 min manata, balans kapitalı isə 44,3% artaraq 1,021 milyon manata çatıb.