Maliyyə Bazarlarına Nəzarət Palatası bu gündən rəsmi saytında “Problemli kredit məlumatlarının sorğulanması” xidmətini aktiv etdikdən sonra sistemdə bir neçə nasazlıq aşkarlabıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yer alıb.
Belə ki, sistemdə şəxsiyyət şəxsi məlumatları yerləşdirdikdən sonra mobil telefonlara SMS-lərn gecikdiyi, bəziləri isə ümumiyyətlə qəbul edə bilmədiklərini bildirir. Bundan əlavə, müraciət edənlər sistemdə yeni nəsil şəxsiyyət vəsiqələri (ID) ilə qeydiyyatdan keçmə ilə bağlı problemlərinin olduğunu bildirirlər.
Palata Banker.az-a buna sistemdə adamların çox olması ilə əlaqələndirib.
Digər bir problem isə şəxsi məlumatları daxil etdikdən sonra müxtəlif yazı işarələri ilə ortaya çıxıb. Yəni ad, soy ad və əsas məlumatlar görünmür.