Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən 70 nəfərdən çox sahibkar üçün təşkil olunan tədbirdə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) təqdimatı keçirilib.
Palatadan FED.az -a verilən xəbərə görə, mart ayından etibarən fəaliyyət göstərən Reyestr vasitəsilə kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi Gəncə şəhərində çalışan sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.
Reyestrin imkanlarından istifadə edilməsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə vəsaitlərinə çıxışını asanlaşdırmaq üçün faydalı olacağı bildirilib.
Qeyd edək ki, https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrə artıq 10,000-dən çox bildiriş daxil edilib.