Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanunsuz lotereya təşkil edən “F Telecom” MMC-ni 8 min manat cərimələtdirib.
Bu barədə Palatanın vətəndaş Fuad Salmanlının müraciətinə cavab məktubunda bildirilir.
Məlumata görə, “F Telekom” tənzimləyici qurumdan icazə almadan mobil operatorlar ilə birlkdə “Gizli rəqəm” adlı stimullaşdırıcı lotereya keçirib. MBNP-nin məsələyə müdaxiləsindən sonra lotereya dayandırılıb və Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə “F Telekom” İnzibati Xətalar Məcəlləsinin 429.3-cü maddəsi ilə təqsirli bilinib və 8 min manat cərimə edilib.
Qeyd edək ki, vətəndaş MBNP-yə bu il oktyabrın 17-də müraciət edib və son 4 ay ərzində mobil hesabından 16 manat çıxıldığı barədə şikayət edib. Amma qanunsuz lotereya barədə Palatanın əməkdaşları əvvəlcədən məlumatlı olub və sentyabrın 17-də məhkəməyə müraciət edib.