“2018-ci ili qiymətli kağızlar bazarında müsbət inkişaf ili kimi qiymətləndiririk”.
FED.az xəbər verir ki, bunu Maliyyə Pazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə bildirib.
“Ötən il ölkədə kapital bazarının həcmi 56,2% artaraq 24,555 milyon manata çatıb. O cümlədən dövlətə məxsus kapital bazarının həcmi 2,2 dəfə artaraq 13,341 milyard manata yüksəlib. Bu bazarın ən passiv seqmenti olan report əməliyyatların bazarında isə təxminən 12 dəfə artım baş verib və bazarın həcmi 612 milyon manat olub", - deyə o, qeyd edib.
Eləcə də bax: Azərbaycanda Böyük Britaniyanın - 500 ŞİRKƏTİ VAR