Maliyyə Bazarlarına Nəzarət Palatası “Kompensasiya məbləğinin sorğulanması” xidmətini işə salıb.
FED.az xəbər verir ki, xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür.
Palatanın saytının "Problemli kreditlərin həllinə dair məlumat" hissəsində “Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb.
Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər.
"Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.
Bundan əvvəl, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.
Eləcə də bax: Azərbaycanda bank sahibləri kimlərdir: payını satanlar və ya “əldəyişməsi” edənlər – CƏDVƏL
©Marja