Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin Böyük İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Tam ali təhsil (texniki);
• Analoji sahədə minimum 5 il iş təcrübəsi;
• Cisco OS (routing, switching, voice) Cisco ASA, Cisco NGFW inzibatçılığı, Unix/Linux (yum və deb) Squid Proxy;
• Yüksək analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• Palatanın daxili və xarici şəbəkələrinin inzibatçılığı;
• Palatanın internetə çıxış (proxy) serverinin sazlanması;
• İnformasiya sistemlərin topologiyasının hazırlanması, dəyişikliklərin qeyd olunması və dəyişikliklərin qeydiyyat jurnalının doldurulması;
• İnzibatçılıq etdiyi sistemlərin monitorinqi və ehtiyat surətlərin çıxarılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.