Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnsan resursları və karyera inkişafı idarəsinin böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Ali təhsil (hüquqşünaslıq/iqtisadiyyat və idarəetmə);
• Yaxşı səviyyədə ingilis dili və rus dili bilikləri;
• Analoji sahə üzrə ən azı 4 il iş təcrübəsi;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR
• İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi;
• İdarə daxili qaydaların hazırlanmasında iştirak edir;
• Kadr ehtiyatının formalaşmasında iştirak etmək;
• İşə qəbul olunan yeni işçilərə orientasiya proqramını tərtib etmək;
• Işçilərin əməyin ödənişi və stimullaşdırılması, motivasiyası və optimallaşdırılması üzrə təkliflər hazırlamaq,
• İşçilərin karyera planlamasını hazırlamaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.