Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
İstehlakçılarla iş idarəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Tam ali təhsil (iqtisadiyyat/hüquq);
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
- İdarəyə istehlakçılardan və investorlardan daxil olan müraciət və şikayətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparılmasını təmin etmək;
- İstehlakçıların və investorların maarifləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
- İdarənin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.