Maliyyə Bazarlarına Nəzarət Palatasında “Törəmə maliyyə alətləri və inkişaf etməkdə olan ölkələr tərəfindən onlardan istifadə” mövzusunda seminar keçirilib. Palatadan FED.az-a verilən məlumata görə, təlimdə 30 nəfər bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.
Seminar çərçivəsində törəmə maliyyə alətləri anlayışı, növləri və Türkiyənin bank sektorunda onlardan risk menecment aləti kimi istifadəsi mövzularına toxunulub. Bundan əlavə, təlimdə Türkiyə Mərkəzi Bankı və İstanbul Mərkəz Bankçılıq Məktəbinin təşkil etdiyi “İnkişaf etməkdə olan Maliyyə bazarları və Mərkəzi Banklar üçün derivativlər və törəmə maliyyə alətlərindən istifadə” təlim proqramının əhatə etdiyi yeniliklər və beynəlxalq təcrübə təlim iştirakçılarına təqdim edilib.
İştirakçıların sözlərinə görə, təcrübə mübadiləsi və diskussiyalarla zəngin olan təlimdə əldə etdikləri yeni biliklər onların professional inkişafına töhfə verəcəkdir.