Bu gün Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası rəsmən təsis edilib. FED.az xəbər verir ki, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrləri və büroları yeni assosasiyanın üzvləri olublar.
Dünya Bankı Qrupunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkil etdiyi imzalama mərasimində MBNP-nın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Asssosasiyanın yaradılması rəqəmsal iqtisadiyyatda çağırışlara cavab vermək məqsədi daşıyır: "Assosasiya həm təcrübə mübailəsi, həm şəffalığın artırılması, müasir metodların tətbiqi zamanı yaranan suallların cavablandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurum həm region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olacaq, həm də maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq".
Palata sədri qeyd edib ki, artıq Qafqaz və Mərkəzi Asiya ölkələrində həyata keçirilən maliyyə layihələrində Azərbaycan da yaxından iştirak edir: "Energetika və nəqliyyat layihələrində Azərbaycan regional mərkəz rolunu oynayır. Sevindirici haldır ki, artıq maliyyə xidmətlərinin göstərilməsində də bu missiyanı daşımağa başlayıb. Bakı qlobal maliyyə indekslərinin siyahısında dünyanın 100 maliyyə şəhərinin siyahısına daxil edilib".
İ.Alışov hesab edir ki, asossiasiyanın yaradılması maliyyə sabitliyinin bərqərar olmasında əlavə stimuldur, rəqəmsal iqtisadiyyatda hesabatlılığın mübadiləsindən əlavə dəstək almış olacağıq və bu, analoji olaraq kredit məlumatlarının mübadiləsi, müasir çağırışlara qoşulmaq üçün hesabatlılığın şəffaflaşdırılması istiqamətində nəinki Azərbaycan eyni zamanda digər 8 region ölkəsinin də maliyyə xidmətlərinin inkişafına təkan verəcək.
Palata: "Asossiasiya hesabatlılığın şəffaflaşdırılmasına təkan verəcək"
11:39
17 Aprel 2018