Ötən il vergi daxilolmaları 7 415 min manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114% əməl edilib. FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında məlumat verilib.
Eləcə də bax: Vergilər Nazirliyində iclas - MİKAYIL CABBAROV KONKRET TAPŞIRIQLAR VERİB
İclasda qeyd edilib ki, dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 mln. manat və ya 21,4% azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb.
M.Cabbarov 2019-cu il üçün vergi orqanlarının qarşısında duran əsas məsələlərə toxunaraq bildirib ki, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq.
Ötən il vergi yığımlarına 114% əməl edilib
13:32
14 Fev 2019