"2022-ci ildə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir".
Azərbaycan bankları ötən il 5 milyard dollarlıq - Nağd Xarici Valyuta Alıb-Satıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8.4%, real effektiv məzənnəsi isə 3.6% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir. (Marja)